Media

İTV-nin jurnalistinə nazirlikdə vəzifə verildi

Sharing is caring!

Tanınmış jurnalist, İctimai Televiziyanın ən məşhur reportyorlarından hesab olunan Sərvər Abdullayev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsində fəaliyyətə başlayıb.

O, bundan sonra sözügedən qurumun müvafiq şöbəsində baş mütəxəssis kimi çalışacaq.

2016-cı ilədək Xaçmazda fəaliyyət göstərən ARB Şimal Televiziyasının Şef redaktoru, sonra isə Xəzər TV-də yayımlanan “Oyan, Azərbaycan” proqramının əvvəlcə sosial müxbiri, sonra baş redaktoru olan Sərvər Abdullayev 2017-ci ildən İctimai Televiziyanın (İTV) İnformasiya departamentində jurnalist kimi çalışıb.

O, İTV-nin Prezident Administrasiyasında akkreditə olunmuş müxbiri, eləcə də, Parlament jurnalisti kimi fəaliyyət göstərib. Həmçinin, çalışdığı televiziyanın (İTV) “ağır artilleriyası” hesab olunan repartyorlarından biri kimi tanınıb.

Sosial, siyasi, qanunvericilik və digər sahələrdə çoxsaylı xəbər və reportajların müəllifidir. Həmkarımız Vətən Müharibəsi zamanı cəbhəyə könüllü yollanan jurnalistlərdəndir. Cəbhənin müxtəlif istiqamətlərində, eləcə də, mülki ərazilərimizdə baş verən hadisələrlə bağlı operativ məlumatları reportaj və canlı efirlər vasitəsilə tamaşaçılara çatdırıb.

Sərvər Abdullayev “Səhnəmizin Məcnunu” adlı sənədli filmin də müəllifidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir