Media

Meksikanın tanınmış jurnalı erməni təcavüzünün tarixi, ölkəmizə qarşı terror siyasəti haqda yazıb

Sharing is caring!

Meksikanın dövlət və hökumət qurumları, parlament və diplomatik korpus arasında geniş yayılan “El Mundo” jurnalında səfir Məmməd Talıbovun Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün tarixi, ölkəmizə yönəlmiş terror siyasəti və 10 noyabr tarixində imzalanmış atəşkəs bəyanatı haqda geniş müsahibəsi dərc olunub.

Bu barədə Azərbaycanın Meksikadakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, müsahibədə səfir ermənilərin XIX əsrdə Qafqaza və Azərbaycan xanlıqları ərazisinə kütləvi köçürülməsi, Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxındır davam edən hərbi təcavüzü, Dağlıq Qarabağ münaqişəsinin tarixi, BMT Təhlükəsizlik Şurası və digər beynəlxalq təşkilatların münaqişə ilə bağlı qəbul etdiyi qətnamələr, ATƏT-in Minsk qrupu çərçivəsində aparılmış danışıqlar və Ermənistanın destruktiv yanaşması nəticəsində bu prosesin pozulması, işğalçı dövlətin hərbi-siyasi rəhbərliyinin son iki il ərzindəki təxribat xarakterli bəyanat və addımları, bu xüsusda N.Paşinyanın danışıqlar formatından və Azərbaycanın işğal edilmiş ərazilərinin qaytarılmasından imtina edilməsinə dair açıqlamaları, son aylarda bu ərazilərdə aparılan qeyri-qanuni məskunlaşdırma siyasəti, Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu ərazisində törətdiyi hərbi təxribat və 27 sentybar tarixindən etibarən ölkəmizə qarşı növbəti təcavüz cəhdi barədə məlumat verib.

44 günlük müharibə dövründə dəfələrlə əldə olunmuş humanitar atəşkəsin ardından Tərtər, Mingəçevir, Gəncə, Bərdə və digər şəhərlərimizə Ermənistan tərəfindən artilleriya və ballistik raket zərbələri endirilməsi nəticəsində çoxlu sayda mülki vətəndaşımızın həlak olması, yaralanması və hərbi əməliyyatların gedişində Ermənistanın törətdiyi digər müharibə cinayətlərindən danışan diplomat, qeyd olunan addımların beynəlxalq humanitar hüququn kəskin şəkildə pozulması və Ermənistanın Azərbaycana qarşı dövlət səviyyəsində terror siyasəti yürütdüyünün sübutu olduğunu vurğulayıb.

Hərbi əməliyyatlara Yaxın Şərqdən döyüşçülərin cəlb edilməsinə dair suala münasibətdə bunun erməni təbliğat maşının növbəti saxta məlumatı olduğunu və münaqişəyə üçüncü tərəfləri cəlb etmək məqsədi güdüldüyünü deyən təmsilçimiz, Azərbaycan ordusunun şəxsi heyətin sayı, qabaqcıl texnologiya ilə təchizat, silahlanma və hazırlıq səviyyəsi baxımından dünyanın ən güclü orduları sırasında yer aldığını, anti-terrorizm əməliyyatlarında iştirakının beynəlxalq koalisiyalar tərəfindən daim təqdir edildiyini, bu səbəbdən də hansısa qeyri-nizami silahlı qruplaşmalara ehtiyac duyduğu iddiasının anlamsız olduğunu bildirib. Bununla yanaşı, səfir Ermənistanın özünün döyüşlərə Suriya, Livan, İraq kimi ölkələrdən radikal terrorçu qruplaşmaları cəlb etdiyinə dair həm erməni mətbuatında, həm də beynəlxalq qaynaqlarda xeyli sayda məlumat yer aldığını, habelə Ermənistanın ASALA, Daşnaksütun kimi 20-ə yaxın terrorçu təşkilata malik azsaylı ölkələrdən biri olduğunu qeyd edib.

https://www.mundointernacional.com.mx/entrevistas/entrevista-con-el-excmo-sr-mammad-talibov/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir