Media

Əli Həsənovun “Fəal” ekibi iş başında-Mirismayıl yazır

Sharing is caring!

Əli Həsənovun köhnə ekibi iş başında!

Deməli, müharibə bitər-bitməz Əli Həsənovun köhnə komandasının bəzi, üzvləri özlərinə bir əl qatıblar gəl görəsən. Biri deyir: müharibə vaxtı Azərbaycanı informasiya müharibəsində mən qorudum, o biri deyir: mən olmasaydım Türkiyə Tv-lərinə müsahibəni kim verəcəkdi?)))

Əməlli başlı işə düşmüşük!

Əvvəla deyim ki, müharibə vaxtı Azərbaycanın hər bir vətəndaşı bacardığı qədəri ilə sosial şəbəkələr də fəallıq edib, həm Ali Baş Komandanımıza, həmdə Azərbaycan ordusuna sırf dəstək olub, birlik nümayiş etdirdilər.
Sosial şəbəkələrdə tək 5-10 nəfərlə birlik nümayiş olunmadı.
Hərə əlindən gələni etdi ki, Azərbaycan qalib olsun, öz dədə baba torpağına yenidən sahiblənsin.
Demək olar ki, bir çox insanlar könüllü yazılaraq vətən üçün, millət üçün, haqqımız olan torpaq üçün canından qanından keçməyə hazır olduqlarını bəyan etdilər.
Yaşı düşənlər çağrıldı, düşməyənlər isə gözləmə mövqeyində dayanıb sosal şəbəkələr vasitəsi ilə erməni trollarını birbaşa susdurdular. Nə qədər oğullarımız, dostlarımız, qardaşlarımız,qohumlarımız, tanıdığımız bir çoxları vətən yolunda canlarını fəda etdi.
Sən durub ( Tanıdığın) Türkiyənin və digər ölkənin Tv-lərinə iki dəqiqəlik yalvarıb müsahibə vermisən, indi bu qələbəyə sənin hesabına nail olduğumuzu bəyan edək?)))
Bəsdirin, yığışın özünüzə ayıbdır!

Ay insan! Müharibə vaxtı sənin nağıllarını oxuyan yox idi. Hamı cənab prezidentin Tviter xəbərini gözləyirdi və bütün jurnalistlər bu fərəhli xəbərləri sevə-sevə dərc edirdi.

Düzdür bəzi, jurnalistlərimiz qızğın döyüşlərdə icazəli şəkildə matreallar hazırlayıb insanların sevincinə sevinc qatırdılar.

Amma, sən heç bir şey etmədin və edə bilmədin!

Nə olar Azərbaycan da mətbuat söz azadlığını pozma. İmkan ver digər əziyyəti olan həmkar yoldaşlarımız da bəhrələnsin.

Yani Azərbaycan mətbuatı 10-15 sayt və qəzetdən ibarət deyil. Azərbaycan mətbuatı genişdir, zəngindir, kifayət qədəri inkişaf etmişdir. İnanırıq ki, bundan sonra başqa cür olacaq. Bəzilərinizin öyrəşdiyi kimi ayrı seçkilik yox. Mətbuat artıq manapoliyadan çıxdı. Medianı, sosial şəbəkələri cənab prezident İlham Əliyev və digər aidiyyatı qurumlar diqqətlə izləyir. Kimin kim olduğunu bizdən yaxşı bilirlər. İmkan verin yaşayaq. Yığdığınız var dövlət bundan sonra bütün nəsilinizə yetərlidir. Kasıb, əziyyətlə ailə saxlayan, kirayələrdə xəstə övladları ilə sürünən jurnalistlərimizi də nəzərə alın! “Fəallar”…

Bu dövlət hamımızındır! Hamımızın Azərbaycanımıza canımız qurban!

Allah vətən yolunda canlarından keçən şəhidlərimizə qəni-qəni rəhmət etsin.

Yaşasın müstəqil Azərbaycan və onun uzaq görən Lideri cənab İlham Əliyev!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir