MDB

ABŞ Gürcüstana raketlər satacaq

Sharing is caring!

ABŞ Dövlət Departamenti Gürcüstana 30 milyon dollara “Javelin” tank əleyhinə raketlərin satışını təsdiqləyib.

“XəbərAl.az” “RİA Novosti”yə istinadən xəbər verir ki, ABŞ Dövlət Departamenti sözügedən raketlərin satışı ilə bağlı mümkün sazişin ABŞ-ın xarici siyasətinə və milli təhlükəsizliyinə zidd olmadığını vurğulayıb.  

Bildirilir ki, ABŞ Konqresi də həmçinin məsələ ilə bağlı məlumatlandırılıb. 

Qeyd edək ki, Gürcüstan raket komplekslərinin ilk hissəsini 2017-ci ildə əldə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir