MDB

Rusiya bu ölkələrlə təlimlər keçirəcək

Sharing is caring!

“Rusiya, Tacikistan və Özbəkistan kompleks hərbi təlimlər keçirəcək”.

XəbərAl.az xəbər verir ki, bunu tacik həmkarı Şerali Mirzo ilə görüşdə Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib. O bildirib ki, təlimlər ABŞ və NATO hərbi qüvvələrinin Əfqanıstanı tərk etməsi fonunda yaranan təhlükələr ilə əlaqədardır.

Şoyqu əlavə edib ki, Rusiya ilk olaraq Tacikistan, daha sonra Özbəkistanla ayrı-ayrılıqda təlimlər keçirəcək. Bunun ardınca isə Rusiya-Özbəkistan və Tacikistanın iştirakı ilə üçtərəfli təlimlərin keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, ABŞ və NATO hərbi qüvvələrinin Əfqanıstanı tərk etməsi ilə bağlı xəbərlər yayıldıqdan sonra “Taliban” hərəkatı öz fəaliyyətini aktivləşdirməyə başlayıb.

Hazırda Əfqanıstanda hökumət qüvvələri ilə “Taliban” döyüşçüləri arasında qarşıdurma gedir. “Taliban” döyüşçüləri kənd bölgələrində çox sayda, eləcə də Əfqanıstan-Tacikistan sərhədinin əhəmiyyətli hissəsinə nəzarəti ələ keçirə bilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir