MDB

Rusiya XİN-dən Ermənistandakı seçki ilə bağlı – Açıqlama

Sharing is caring!

“Rusiya Ermənistandakı növbədənkənar parlament seçkisinin nəticələrinin ölkənin inkişafına və Moskva ilə gələcək əlaqələrin möhkəmləməsinə kömək olacağına ümid edir”.

“XəbərAl.az” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Ümid edirik ki, qanunverici qeydiyyatdan sonra seçki prosesinin nəticələri Ermənistanın mütərəqqi inkişafına, Rusiya-Ermənistan münasibətlərinin daha da möhkəmlənməsinə, eyni zamanda bütün Cənubi Qafqaz bölgəsində sülh, təhlükəsizlik və sabitliyin təmin olunmasına öz töhfəsini verəcək, Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatlarının tam icrası yerinə yetiriləcək”, – deyə Zaxarova bildirib. 

Qeyd edək ki, Ermənistanda iyunun 20-də keçirilmiş növbədənkənar parlament seçkisinin qalibi Nikol Paşinyan olub. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir