MDB

“Əxlaq dərslərinə və ultimatumlara göz yummayacağıq” – Lavrov

Sharing is caring!

“Ölkəmizin qarşıdakı seçkilərlə bağlı əxlaq dərslərinə və ultimatumlara göz yummayacağıq və cavab verməyəcəyik”.

“XəbərAl.az” xəbər verir ki, bunu Rusiya xarici işlər naziri
Sergey Lavrov Qazaxıstanın “Xəbər” informasiya agentliyinə  açıqlamasında deyib.

“Rusiya özünə hərmət edir. Bərabərhüquqlu dialoqa hazırıq, amma heç bir əxlaq dərsi və ultimatumu görməzdən gəlməyəcək, cavab verməyəcəyik”, – XİN rəhbəri qeyd edib.

O bildirib ki, Rusiya əsla qarşısındakını incitməyəcək, ona meydan oxunsa belə, kobudluğa kobudluqla qarşılıq verməyəcək:

“Günümüzdə bunlar görüşlər əsnasında və seçki kampaniyaları ilə əlaqədar olaraq açıq şəkildə ola bilir”.

Lavrovun sözlərinə görə, Rusiya qarşılıqlı hörmətə söykənən dialoqun tərəfdarıdır:

“Əgər həmkarlarımız problemləri sübut təqdim edərək – bu, bizim üçün vacibdir, çünki Qərbdəki dostlarımız bu mövzuda problemlər yaşayırlar, ittihamlarının heç bir əsası yoxdur – qarşılıqlı hörmət əsasında və onlara ünvanlamaq istədiyimiz sualların ciddi olduğunu diqqətə alaraq, görüşmək istəyirsə, masa arxasına keçməyi təklif edirik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir