MDB

Putin və Lukaşenko dəniz gəzintisində – Foto

Sharing is caring!

Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko Soçidə dəniz gəzintisinə çıxıblar.

“XəbərAl.az” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Belarus Prezidenti Aleksandr Qriqoryeviç Lukaşenko hələ də Rusiyada səfərdədir, dünən və bu gün iki prezidentin – Lukaşenko və Putinin ünsiyyəti olub”, – Kremlin nümayəndəsi deyib.

Peskov xatırladıb ki, cümə günü liderlərin rəsmi danışıqları olub.

“Bu gün bu danışıqların qeyri-rəsmi hissəsidir”, – Peskov qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir