MDB

Baş Konsulluq ABŞ-dakı azərbaycanlılara xəbərdarlıq etdi

Sharing is caring!

ABŞ-ın Los-Anceles şəhərindəki Azərbaycan konsulluğu erməni ekstremistlərin mümkün təxribatları ilə bağlı ABŞ-da yaşayan azərbaycanlılara müraciət edib.

“XəbərAl.az” xəbər verir ki, konsulluğun rəsmi feysbuk səhifəsində edilən paylaşımda deyilir:

“Məlumatlara görə, Los Ancelesdə və ümumilikdə Kaliforniyanın digər şəhərlərində yaşayan erməni ekstremistləri Azərbaycana qarşı nümayişlər və digər təxribat xarakterli tədbirlər planlaşdırır. Soydaşlarımızdan təmkinli və ehtiyatlı olmağı, təxribatlara uymamağı, belə mənasız nümayişlərə önəm verməməyi xahiş edirik. Azərbaycan həqiqətlərinin yerli ABŞ ictimaiyyətinə müxtəlif müstəvilərdə çatdırılması işi həm Baş Konsulluq, həm də icmamız tərəfindən uğurla davam etdirilir.

Yerli erməni radikallarından hansısa təhdidlər alındığı təqdirdə və ya digər şübhəli məqamlarla bağlı Baş Konsulluğa [email protected] email ünvanı və ya 1 (310) 444-9101 telefon nömrəsi vasitəsilə dərhal məlumat verilməsini soydaşlarımızdan rica edirik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir