MDB

Xanımı Sevgililər Günündə Baydeni belə təbrik etdi – Fotolar

Sharing is caring!

ABŞ prezidenti Co Baydenin həyat yoldaşı Cill Bayden Sevgililər Gününə sürpriz hazırlayıb.

XəbərAl.az Axşam.az-a istinadla xəbər verir ki, birinci xanım Ağ Evin həyətindəki çəmənliklərə “sevgi”, “birlik”, “yaxşılıq”, “güc”, “ümid”, “ailə” mesajların verən rəngli ürəklər sancdırıb.

Cill Baydenin mətbuat katibinin sözlərinə görə, bu onun ən sevdiyi bayramdır. Ürəklər isə bütün ölkə vətəndaşları üçün nəzərdə tutulub.

Prezident Co Bayden isə həyat yoldaşınının sürprizi haqda bunları deyib:

“Ümid var, güclü olmaq lazımdır. Bir çox insanlar pandemiyaya görə dözülməz əzablar yaşadı. Onlar ailələrini, uşaqlarını, ərlərini, arvadlarını, analarını, atalarını itirdilər və bu dözülməz idi. Onlar sizin ürəyinizdədirlər”. 

Xanımı Sevgililər Günündə Baydeni belə təbrik etdi  - Fotolar
Xanımı Sevgililər Günündə Baydeni belə təbrik etdi  - Fotolar
Xanımı Sevgililər Günündə Baydeni belə təbrik etdi  - Fotolar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir