MDB

Ermənistan MTX-nın sabiq direktorunun ölümü ilə bağlı cinayət işinə xitam verilib

Sharing is caring!

Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin (MTX) sabiq direktoru Georgi Kutoyanın ölümü ilə bağlı cinayət işinə xitam verilib.

“Sputnik Armenia” verdiyi xəbərə görə, bu barədə İstintaq Komitəsinin mətbuat katibi Rima Yeqanyan bildirib.

O qeyd edib ki, təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilməsi lazım olan şəxsin kimliyi məlum olmayıb və nəticədə cinayət işinə xitam verilib.

Xatırladaq ki, G. Kutoyanın meyiti ötən ilin yanvar ayının 17-də paytaxt İrəvandakı mənzilində tapılıb.

O, aldığı güllə yarasından ölüb. Hadisə Ermənistanda böyük rezonans doğurub. İlkin olaraq onun intihar etdiyi barədə məlumat yayılıb. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir