MDB

Bir ilk: Süni intellekt hərbi təyyarədə ikinci pilotu əvəz etdi – FOTO

Sharing is caring!

“U-2 Dragon Lady” kəşfiyyat təyyarəsinin sınaq uçuşu zamanı süni intellekt ikinci pilotu əvəz edə bilib. İlk dəfədir ki, ABŞ hərbi təyyarəsinin göyərtəsində bu rolda süni zəkadan istifadə edilib.

“RİA Novosti”nin məlumatına görə, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin açıqlamasında deyilir.

Bildirilir ki, “ARTUµ” kimi tanınan süni intellekt alqoritmi ABŞ Hava Qüvvələrinin alimləri tərəfindən hazırlanıb. Açıqlamada süni zəka sisteminin ikinci pilotun yerinə yetirəcəyi müəyyən uçuş tapşırıqlarını həyata keçirmək üçün hazırlandığı bildirilir.

Təyyarə raket zərbəsi imitasiyası zamanı kəşfiyyat missiyasını həyata keçirib. “ARTUµ”un əsas vəzifəsi isə düşmən raketlərini aşkar etmək olub.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir