MDB

Peskov Rusiya və ABŞ münasibətlərindən danışdı: “Hazırda vəziyyət çox da yaxşı deyil”

Sharing is caring!

Moskva ilə Vaşinqton arasındakı münasibətlər hazırda çox da yaxşı vəziyyətdə deyil, ancaq bunda Rusiyanın günahı yoxdur.

“RİA Novosti” xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Jurnalistlər xüsusilə davamlı inkişaf məqsədlərinə nail olmaq üçün Prezident Vladimir Putinin beynəlxalq təşkilatlarla əlaqələr üzrə xüsusi nümayəndə təyin etdiyi Anatoli Çubaysın Kremllə ABŞ arasında vasitəçi olub-ola bilməyəcəyi ilə maraqlanıblar.

“Moskva ilə Vaşinqton arasındakı ikitərəfli dialoqun tərkib hissələrindən biri davamlı inkişaf hədəflərinə nail olmaq ola bilər, amma deyil, çünki Moskva ilə Vaşinqton arasındakı dialoq bir o qədər də yaxşı vəziyyətdə deyil və bunda Rusiya tərəfinin günahı yoxdur. Ancaq bu, dialoqumuzun tərkib hissələrindən biri olsaydı da, onun tək qurucu hissəsi olmazdı, bu səbəbdən təbii ki, daha əvvəl də söylədiyimiz kimi, Çubays davamlı inkişaf mövzusu ilə xüsusi məşğul olacaq.

İkitərəfli Rusiya-ABŞ münasibətlərinə gəlincə, həm Xarici İşlər Nazirliyi, həm onunla koordinasiyalı olaraq digər şöbələr və prezidentin özü də bununla məşğul olur”, – deyə o əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir