MARAQLI

Şirvan regional “Mərhəmət evi” uşaq sığınacağı öz fəaliyyətini uğurla davam etdirir – FOTO+VİDEO

Sharing is caring!

Xəbəral.az xəbər verir ki, Şirvan regional “Mərhəmət evi” uşaq sığınacağında
hal-hazırda 12 uşaq 1 ailə yerləşdirilib.
Mərkəz “Sosial Xidmətlər” agentliyinin nəzdində ötən ilin sentiyabr ayından baxımsız və sosial təhlükəli vəziyyətdə olan uşaqlarla iş mərkəzi kimi yaradılmışdır. Mərkəzin əsas fəaliyyət növü çətin tərbiyə olunan uşaqlar, valideyn himayəsindən məhrum olunmuş uşaqlardı. Ən əsas məişət fiziki cinsi zorakılığa məruz qalmış uşaqlar, insan alverinin qurbanı olan uşaqlar mərkəzə yerləşdirilmişdir.
Mərkəzdə göstərilən yükəs səfiyyəli xidmətlər bunlardır:

Onların yatılı qalması üçün, yemək, geyim, təhsil, asudə vaxtlarının təşkili, reabiltasiya pedaqoji, psixaloji xidmət öz əksini tapmışdır.
Müəssədə Yerli kordinator, pedaqoq psixoloq, dayə, xadimə, tibbi xidmət, və aşbaz fəaliyyət göstərilir.
Xatırladaq ki, Şirvan regional “Mərhəmət evi” uşaq sığınacağı 24 saat fəaliyyət göstərir, fəaliyyətin ən üstün cəhəti ondan ibarətdir ki, təşkilata heç bir maliyyə dəstəyi yoxdur.
“Mərhəmət” kimsəsiz ictimai birliyinə daima dəstək olan “Sosial Xidmətlər” Agentliyinə, DİN yanında insan alverinə qarşı mübarizə idarəsinin rəhbərliyinə və QHT-Ə dəstək agentliyinə öz təşəkkürümüzü bildiririk

Xəbəral.az -ın Şirvan regional “Mərhəmət evi” uşaq sığınacağından çəkdiyi xüsusi fotoları sizlərə təqdim edirik.

Şirvan regional “Mərhəmət evi” uşaq sığınacağının direktoru İradə Poladın Xəbəral.az-a verdiyi xüsusi müsahibəni sizlərə təqdim edirik

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.