Manşetüstü MARAQLI

“iPhone” işlədənlərə pis xəbər

Sharing is caring!

“Apple” şirkəti İOS 13 əməliyyat sistemini istifadəyə verdikdən sonra bəzi “iPhone”lar bu əməliyyat sistemini dəstəkləməyəcək.

XəbərAl.az axar.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı NTV yayıb.

Məlumata görə, bu əməliyyat sistemini dəstəkləməyən telefonlar “Apple”ın 2016-cı ildən əvvəl təqdim etdiyi “iPhone”lardır.

İOS 13-ü aşağıdakı “iPhone” modelləri dəstəkləməyəcək: “iPhone 6”, “iPhone 5S”, “iPhone SE”.

Qeyd edək ki, bundan öncə “iPhone 5S” və “iPhone 6” modelləri haqda bir söz deyilməsə də, “iPhone SE”nin İOS 13 sistemini dəstəkləyəcəyi bildirilirdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir