MARAQLI

Misirdə 4500 illik Günəş məbədinin qalıqları tapılıb – FOTO

Sharing is caring!

Misirdə arxeoloqlar qədim Misirin Ra məbədinin xarabalıqlarını aşkar ediblər.

Tapıntı Qahirənin təxminən 20 kilometrliyində, Əbu-Qurab məbədi kompleksinin yerində tapılıb. Məbəd Günəş tanrısı Ra kultunun populyarlığının ən yüksək həddə çatdığı Beşinci Sülalə dövründə (e.ə. 2465-2323) tikilib. Sonradan Ra kultu Amon kultu ilə birləşdi, bunun nəticəsində insanlar Amon-Raya sitayiş etməyə başladılar.

Tapılan məbəd çiy kərpicdən tikilib və ölçüləri ən azı 60×20 metrdir. Arxeoloqlar L formalı giriş eyvanını, həyəti, anbarları və ibadət yerlərini müəyyən ediblər.

“Bu binanın bütün divarları ağ-qara suvanıb, qırmızı və mavi rəsmlərin izləri də görünür”, – deyə alimlər bildiriblər.

Məlumata görə, yeni bir məbədin tikilməsi üçün bu məbəd tamamlanmadan sökülüb.

Həmçinin məbədin yaxınlığında arxeoloqlar çoxlu eksponatlar, o cümlədən onlarla bütöv pivə qabları və beşinci və altıncı sülalələr dövründə hökmranlıq edən fironların möhürləri olan küpələr tapıblar.

Alimlərin fikrincə, ən erkən möhürlərdən biri Nyuserredən əvvəl Misiri idarə edən və az tanınan firon Şepseskareyə məxsusdur.

Mənbə: Live Science

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir