MARAQLI

Çelyabinsk meteoritinin “ürəyi” satışa çıxarılıb – FOTO

Sharing is caring!

Rusiyada Çelyabinsk meteoritinin ürək formasında olan parçası satışa çıxarılıb.

Satış “Avito” ticarət platformasında həyata keçirilr.

“Çelyabinsk meteoritinin ürəyi. Vəziyyət – yeni. Qiymət – 142 milyon rubl (3,9 milyon manat)”, – deyə  elanda məlumat verilib.

Xatırladaq ki, meteorit 2013-cü il fevralın 15-də Yerə düşüb. Bu səma obyekti zərbə dalğaları nəticəsində parçalanaraq, hissələri Rusiyanın Çelyabinsk və ətraf regionlarına, eləcə də Qazaxıstan ərazisinə düşüb. Onun əksər fraqmentləri Çelyabinsk əyalətində tapılıb. Meteoritin 654 kq ağırlığında olan ən iri parçası isə 2013-cü ilin oktyabr ayında Çebarkul gölünün dibindən qaldırılıb. Meteorit 336 000 avro məbləğində dəyərləndirilir.

Mənbə: Gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir