MARAQLI

Orqanizmin qocalmasını gecikdirən vərdişlər açıqlandı – FOTO

Sharing is caring!

Orqanizmin qocalmasını və demensiyanın inkişafını gecikdirmək üçün daha çox mütaliə etmək, yeni şeylər öyrənmək, qan təzyiqinə nəzarət etmək, daha çox hərəkətdə olmaq, pis vərdişlərdən uzaqlaşmaq və təbiətdə daha tez-tez gəzmək lazımdır.

Bu barədə Rusiyada Herontologiya Elmi-Tədqiqat Tibb Mərkəzinin direktoru, herontoloq, tibb elmləri doktoru Kirill Proşayev bildirib.

Onun sözlərinə görə, yeni məlumatları, ya xarici dilləri öyrənmək, ekskursiyalara getmək, kitab oxumaq heç vaxt gec deyil – bütün bunlar koqnitiv ehtiyatın yaranmasına kömək edir.

Mütəxəssis bildirib ki, fiziki aktivliyi az olan insanlarda bu funksiyaların yaşlandıqca daha da pisləşdiyi elmi şəkildə sübut olunub.

“Müəyyən edilmiş normalar yoxdur, lakin Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) belə bir təlim sxemini təklif edir: həftədə 150 ​​dəqiqə yüksək intensivlikli və ya 300 dəqiqə orta intensivlikli məşqlər, 2-3 dəfə güc məşqləri və həftədə bir neçə dəfə balans məşqləri. Nə qədər çox hərəkət etsək, yaşlandıqda və qocalıqda koqnitiv funksiyalarımız bir o qədər yaxşı olar”, – deyə Proşayev izah edib.

Herontoloq vurğulayıb ki, hər kəs öz təzyiqinə nəzarət etməlidir.  Onun sözlərinə görə, hər hansı bir insanın, o cümlədən hipertoniya xəstələrinin təzyiqi 140/90-dan, yüksək qan təzyiqlə bərabər diabetdən əziyyət çəkənlərdə isə 130/80-dən də aşağı olmalıdır. Məhz bu versiyada onlar demensiyanın, infarktın və insultun, ürək, böyrək kimi orqanların zədələnməsinin qarşısını ala bilərlər.

Həkim əlavə edib ki, ekoloji cəhətdən əlverişsiz ərazilərdə yaşayan insanların təbiətdə daha tez-tez olması lazımdır.

“Ekoloji cəhətdən əlverişsiz bölgələrdə yaşayan insanların koqnitiv funksiyalarının vəziyyəti yaşla daha da pisləşir, buna görə də beyin funksiyasının qorunmasında vacib amil parklara, bağ evlərinə, şəhərətrafı ərazilərə baş çəkməkdir. Bir də siqaretin baş beyinə böyük zərər vurduğunu unutmamaq lazımdır”, – deyə Proşayev sözlərini yekunlaşdırıb.

Mənbə: Ura.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir