MARAQLI

Otuz ildən sonra dağlarda cığır açanlar: Laçından ilk VLOG – VİDEO

Sharing is caring!

1993-cü ildə 54 gün erməni mühasirəsində qalmış 19 nəfər haqqında “Parabüzən” adlı sənədli filmin müəllifi, jurnalist Ayaz Mirzəyev Laçın rayonundan ilk VLOG videosu hazırlayıb.

Videoda jurnalist Laçın və Kəlbəcərə səfərin yol təəssüratlarına geniş yer verib.

VLOG-un çəkilişi zamanı jurnalistə bələdçiliyi mühasirədə qalanlardan biri, “54 gün erməni mühasirəsində” kitabının müəllifi Əli Əliyevin oğlu, “Report” İnformasiya Agentliyinin redaktoru İmdad Əlizadə edib.

Jurnalist VLOG-la bağlı bildirib ki, şəxsi kamerasına lentə aldığı qısa video səfər, filmin çəkilişləri, Laçının Oğuldərə kənd sakinlərinin doğma yurdlarına ziyarəti, hər iki rayonun füsünkar təbiətini özündə aydın şəkildə əks etdirir.

“Bu, hələlik VLOG-dur. Yığcam təəssürat videosu. Növbədə isə filmdir. Tezliklə “Global Media Group”un dəstəyi ilə çəkilən “Parabüzən” sənədli filmi də izləyicilərə təqdim olunacaq”,- jurnalist maraqlı video izləyiciləri ilə bölüşüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.