MARAQLI

Virtual seksin həzz tərəfi

Sharing is caring!

-Salam, canım. Tanış ola bilərik?
-Salam, tanış olaq.
-Adın nədir, “fiquran” necədir?
-Adım Əsmər. Bədənim çox gözəldir, seksualdır.
-O… Nə gözəl. Bəs indi əynində nə var?
-Utanıram…
-Yaxşı görək, utanma. Yazışmağımızı səninlə məndən başqa heç kim görmür. De görüm, əynində nə var?
-Əynimdə mini “yupka”, qızmızı köynək var.
-Bəs boyun, çəkin nə qədərdir?
-Boyum, 167 santimetr, çəkim isə 55 kiloqramdır.
-Gözəl! Tam mənim arzuladığım qızsan. Adım Rasimdir. Boyum 183 santimetrdir. Çəkim isə 78 kiloqramdır. Qaraşınam, indi əynimdə mavi rəngli “futbolka” var, bir də kabab ləkələri olan, cins şalvar. Bayaq dostlarımla kabab bişirirdik, məndən tüstü iyi gəlir… Xoşlayırsan belə kişiləri?
-Hə, səni istədim… Sən də məni arzulayırsan? Məni qucaqlamaq, ehtirasla öpüşmək istəyirsən? Gəl, gəl, yanıma… Gəl, yatağıma…

Bu dialoqu oxuyan kimi yəqin anladınız. Bəli, yazımızın mövzusu son illərdə aktual, hətta deyərdik ki, populyar olan hiperseks və ya sadə dillə desək virtual seksdir.

Virtual sekslə, indi demək olar, dünyanın hər yerində məşğul olurlar. Fikir vermisinizsə, müasir dövrdə insanlar artıq real intim akta normal yanaşırlar, amma hiperseksi ayıb, hətta günah bir iş sayırlar.

Bəs yaxşı, “online” rejimdə seks nədir, pornoqrafiyadır? Yoxsa, bunu bir növ – kişi və ya qadın üçün fərq etməz- fahişəlik adlandırmaq olar?
Xatırlayırsınızsa, əvvəllər “telefonla seks” deyilən bir anlayış vardı. Buna əksər hallarda xarici filmlərdə rast gələrdik: qoca nənə soyuq qış gecəsi sobanın kənarında oturub, corab toxuya-toxuya incə səslə cavan bir oğlanla telefonda sekslə məşğul olurdu: indi də sənin əynindəki köynəyi yavaş-yavaş soyundururam və sair və ilaxır…

İndi zamənə dəyişib, texnika çox inkişaf edib, səsə görüntü də əlavə olunub. Yəni virtual və ya hipersekslə çatlarda, ya da “Skype”da məşğul olurlar. İndi “sexsting” – yəni “sex” (seks) və “texting” (yazışmaq) münasibət yolu ilə insanlar rahatlıqla bir-birinə erotik cümlələrlə bol məktub yazır və intim şəkillərini göndərirlər.

Hətta veb-kameralar vasitəsilə xüsusi saytlarda müştərilər canlı, real qızlarla intim münasibətdə olurlar. İnternet proqramçılar isə situasiyanı daha da ələ alıblar, ünsiyyət üçün xüsusi işarələr də hazırlayıblar. Həmin işarələr qadın döşləri və istənilən zövqdə, hətta ölçüdə olan kişi cinsiyyət orqanlarıdır. Bu hələ harasıdır? İndi 3D effektli seks oyunlar da var. Kimin könlündən nə keçir. Bu zaman istifadəçi öz personajı ilə istədiyi kimi sekslə məşğul ola və zövq ala bilər.

Statistika

Maraqlıdır, görəsən çox insan virtual sekslə məşğul olur? Statistik araşdırmalar zamanı ortaya çıxan rəqəmlər maraq doğurur. İnternetdə qeydiyyatda olanların 7 faizi – yəni 20 milyon insan – virtual seksə maraq göstəririr. Burada yaş həddi 15-55 yaş arasında dəyişir. Bəzən isə bu yaş həddi daha da yuxarı olur. Araşdırmalara əsasən, virtual sekslə daha çox kişilər və nə qədər təəccüblü olsa da, evli kişilər məşğul olur. Bu seksə meyl edənlər də elə bir neçə kateqoriyaya ayrılır.
Məsələn, bəziləri virtual sekslə məşğul olanlara sadəcə, baxır və ya qulaq asır. Bununla təbii ehtiyacını ödəyib zövqün ən “alisini dadır”. Digərləri isə bu prosesdə aktiv olaraq iştirak edir. Yəni özünə partnyor tapır, onunla tezbazar virtual seks yaşayır.
Üçüncülər isə internetdə tanış olduğu qız və ya oğlanla dostlaşmağa, yaxşı intim münasibət qurmağa çalışır, bəzən hətta sevgi də axtarır.
Buradan da belə nəticəyə gəlmək olar ki, bu seks növü bir növ real həyatda – barda, diskotekada və yaxud gecə klublarında sekslə məşğul olmağa partnyor axtarışında olmağın virtual formasıdır. Amma real həyatdan fərqli olaraq, bəziləri belə tanışlıq zamanı virtual seks münasibətlərini kompyüter arxasında inkişaf etdirir və heç bir stabil və ya real münasibətə can atmırlar.
Təbii ki, virtual sekslə istər sevgilin, istər nişanlın, hətta həyat yoldaşınla belə məşğul ola bilərsən. Amma maraqlıdır ki, indi gənclər, ümumiyyətlə, qızla tanış olmaq istəyənlər internetə üz tuturlar. İndi qızla tanış ol, onu görüşə çağır, onuncu görüşdən sonra qızın əlindən tut, yüz qırx səkkizinci görüşdə onun yanağından öpməyə müvəffəq ol. Bütün bunlar indiki gənclərə çox yorucu gəlir. Ona görə də hamısından yaxşı elə virtual tanışlıqdır. Nə bir-birinizin üzünü görürsünüz, nə də tanıyırsınız. Yarım saatdan sonra artıq “yataqda sevişirsiniz”.

Virtual sekslə məşğul olanlar kimlərdir?

Onu da əlavə edək ki, son illər virtual seks bir çox ailələrdə boşanmalara gətirib çıxarır. Heç bir qadın zəmanət verə bilməz ki, virtual sekslə məşğul olanlardan biri də onun əridir. Təsvvür edin, siz onu mətbəxə çağırırsınız ki, nahar edəsiniz. O, isə kompyüter arxasında əyləşib, üzünə ciddi ifadə verib, guya hansısa iş məsələsini həll edir. Halbuki, onun başı elə indicə tanış olduğu qızla qızğın seks söhbətlərinə qarışıb. Bəlkə də bütün bunları bilməmək elə sizin xeyrinizədir… Amma maraqlıdır ki, bəzi qadınlar ərlərinin real həyatda sekslə məşğul olmağındansa, virtual sevgi yaşamağının tərəfdarıdır. Onlar düşünürlər ki, kişi gedib kənarda məşuqəsinə pul xərcləyincə, evdə – uşaqlarının yanındadır, eybi yox, qoy başqası ilə həvəsini öldürsün. Buna bir söz deyə bilmərik təbii ki, çünki bu, hər kəsin öz seçimidir.

Hipersekslə davamalı məşğul olan insanları müəyyən qruplara da ayrımaq olar:

– Yeniyetmələr və gənclər.

– Həmçinin başı karyerasına qarışan, bütün gününü ofisdə oturmaqla keçirən, real münasibət qurmağa vaxtı, zamanı olmayanlar.

– İşlə bağlı məzuniyyətə və ya hansısa səfərə gedən və sevdiyi qadınından və ya həyat yoldaşından uzaqda olan kişilər.

-Adi seksdən bezən, hiss, həyacan və ekzotika axtaran evli və ya subay kişilər. Belələri, real həyatda – misal üçün qrupla və ya qeyri-ənənəvi sekslə məşğul olmağa həm risk etmirlər, həm də uyğun partnyor tapmayanlardır. Ona görə də rahatlıqla anonim virtual sekslə məşğul olurlar.

-Həmçinin real həyatda özünə partnyor tapmaqda çətinlik çəkən, cəmiyyətin sərt təpkisi ilə üz-üzə qalan homoseksuallar.

Onlar bunu nə üçün edirlər?

Virtual seks insana nə verir? Adamları virtual sekslə məşğul olmağa sürükləmək kimi niyyətimiz yoxdur. Amma hamımız bilirik ki, virtual seks onunla məşğul olan adama istənilən erotik fantaziyanı anında rahatlıqla “yaşamaq” imkanı verir. Virtual sekslə məşğul olan adam xəyallarında özünü zorlanan və yaxud zorlayan kimi hiss edə bilər. Amma normal, real həyatda bu təbii ki, mümkünsüzdür. Çünki virtualda buna görə sizi heç kim cəzalandırmayacaq, həbsxanalıq olmayacaqsınız. Yaxud da hansısa pis xəstəliyə yoluxmaq riskiniz də yoxdur. Bəzən real həyatda utancaq və ciddi olanlar virtual aləmdə kobud, hətta vulqar ola bilirlər. Real həyatda heç bir qıza kobudluq edib, incidə bilməyən cavan bir oğlan çatda yazışdığı qız “sevişmək” istəməyəndə ona rahatlıqla “onda cəhənnəm ol!” – deyə bilir.
Bəli, artıq hiperseks bütün sərhədləri aşır. Ölkənin hüdudlarından çıxıb, hansısa əcnəbi sevgilinlə “sevişmək” istəyəndə, sənə nə xarici pasport, nə də hər hansı sənəd gərəkmir. Bunun üçün ya kompyüter, ya da ki, mobil telefonlar yetərlidir.

Virtual seksin pis tərəfləri

Tutaq ki, virtual sekslə məşğul olan zaman partnyorun qızışıb, sənə “yataqda” izzəti-nəfsini yaralayacaq nəsə söz dedi. Kimə sübut edəcəksən ki, sən kiminsə ehtiraslanıb, dediyi sözlərdən incinmisən, qırılmısan? Ya da yeni tanış olduğun seks partnyorun “haker” ola bilər, sənin kompyüterini “yarıb”, şəxsi məlumatlarını əldə edə bilər. Və ya internet manyakı səninlə olan video görüntüləri virtual aləmdə yaya bilər. Bir sözlə, istənilən riskli işdə olduğu kimi hiperseksin də öz təhlükəli tərəfləri var.
Psixoloqlar hiperseksdə insanları tora salan məqamı tapıblar. Bəli, milyonlarla insanın az qalsın asılılıq vəziyytinə düşdüyü virtual çox rahatdır, əlinin altındadır və sənə “yox” deməyəcək, nə çox oğlan və ya qızlar var.

Və sonda…

Belə çıxr ki, virtual seksin heç bir çatışmayan tərəfi yoxdur? Real həyatda olmasa da, insan neqativlərdən uzaqlaşır, bir anlıq da olsa zövq yaşayır və həyatına olduğu yerdən davam edir?! Hətta bir çoxları iddia edir ki, hipersekslə məşğul olanlar enerjilərini real həyatdakı partnyorlarına yönəldən zaman daha çox zövq almış olurlar. Bəlkə də bütün bunlar həqiqətdir. Amma istənilən halda biz real həyatda yaşanan normal münasibətlərin tərəfdarıyıq. Çünki virtual olaraq, hər hansı bir toxunuş və ya öpüş, real həyatda aldığın zövqün yarısının lap az hissəsini belə əvəz edə bilməz. Anonim “nickname”lə yazışdığınız hansısa hiperseks partnyorunuz sizə sevdiyiniz insandan ala biləcəyiniz real zövqü yaşada bilməz. Virtual sevgiliniz sizi dar ayaqda, qucaqlayıb, öpməyəcək, sakitləşdirməyəcək. Evdən çıxıb, işə gedərkən, sizi bağrına basmayacaq. Ona görə də qiymətli vaxtınızı hiperhəyatda sizi virtual sekslə məşğul olmaq üçün gözləyənlərə deyil, real həyatda, canlı insanlara həsr edin.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir