MARAQLI

Evində təmir işləri görərkən inklərin qədim sərdabəsini aşkarladı – FOTO

Sharing is caring!

Peru sakini evinin zirzəmisində təmir işləri zamanı inklərin qədim sərdabəsini aşkar edib. Tapıntının yaşının 500 il olduğu güman edilir.

Məlumata görə, parçaya bükülü olan qalıqlar yerli elitaya məxsus olub. Məzarda həmçinin saxsı qablar və zərgərlik məmulatları da olub.

Alimlərin ehtimalına görə, dəfn olunanlar 1400-cü illərdə qüdrətli inklərin Cənubi Amerikanın qərbindəki imperiyanı tabe etməsinə qədər Limada geniş yayılan ririkanço elitasını təmsil edib. İnklərin özləri 1532-ci ildə ispan konkistadorlar tərəfindən fəth edilib.

Ev sahibi İpolito Tika tapıntıya inana bilmədiyini deyib.

“Bu heyrətamizdir. Bunu təsvir etmək üçün həqiqətən söz tapmıram”, – deyə o, bildirib.

Mənbə: Daily Mail

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir