MARAQLI

Toyda bəy dostunu elə özünün hədiyyə elədiyi tapança ilə vurdu – VİDEO

Sharing is caring!

Toy zamanı bəy təsadüfən dostunu elə özünün hədiyyə elədiyi tapança ilə vurub.

Faciə Hindistanda yaşanıb.

Bildirilir ki, Maniş Madheshiad adlı bəy mərasim zamanı dostunun verdiyi silahı alıb və yelləyərək camaata nümayiş etdirib. Bu zaman onun barmağı təsadüfən tətiyə dəyib və güllə dostuna dəyib.

Yaralı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Hazırda Maniş həbs edilib. Ona qarşı qəsdən adam öldürmə maddəsi ilə ittiham irəli sürülüb.

Mərhumun ailəsi Manişi bağışlamaq fikrində olmadığını deyib.

Mənbə: Daily Mail

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.