MARAQLI

Çinin FAST radioteleskopu yadplanetlilərdən gəlmək ehtimalı olan siqnalları qeydə alıb

Sharing is caring!

Çinə məxsus dünyanın ən böyük FAST radioteleskopu yerdənkənar sivilizasiyalardan gələ biləcək şübhəli siqnalları qeydə alıb.

Çin Yerdənkənar Sivilizasiyaların Tədqiqat Qrupunun rəhbəri, professor Çjan Tonqjienin sözlərinə görə, 2019-cu ildə FAST radioteleskopundan istifadə etməklə əldə edilən məlumatların təhlili zamanı 2020-ci ildə “yerdən kənar sivilizasiyadan gələ biləcək” iki qrup “şübhəli” siqnal aşkar edilib. 2022-ci ildə daha bir “şübhəli” siqnal aşkarlanıb.

Alim vurğulayıb ki, şübhəli siqnalların radio müdaxiləsi nəticəsində yaranma ehtimalı da çox yüksəkdir və bu versiyanı əlavə olaraq təsdiqləmək və ya istisna etmək lazımdır.

Xatırladaq ki, 2016-cı il sentyabrın 25-də Çin alimləri ölkənin cənub-qərbində Yerdən çox uzaqda olan obyektləri müşahidə etməyə imkan verəcək dünyanın ən böyük – FAST radioteleskopunu istifadəyə veriblər.

Mənbə: Vzglyad

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir