MARAQLI

Ölü elan edilən körpə basdırıldıqdan bir saat sonra qəbirdən diri çıxarıldı – FOTO/VİDEO

Sharing is caring!

Hindistanda yeni doğulan körpə ölü elan edildikdən sonra diri-diri basdırılıb.

Məlumata görə, doğum yerli xəstəxanbaların birində olub. Həkimlər dünyaya gələn uşağı ölmüş elan edərək 2 saat ərzində heç bir tibbi müdaxilə etməyiblər. Ailə uşağıl qonşu Hollan kəndində dəfn edib. Hollan sakinləri isə buna etiraz ediblər və uşağın ailə qəbiristanlığında dəfn olunmasını tələb ediblər. Şarəsiz qalan alideynlər dəfn mərasimindən bir saat sonra körpəni yenidən dəfn etmək üçün qəbirdən çıxarıblar.

Bu zaman qızın sağ olduğu müəyyən edilib.

Körpə təcili olaraq xəstəxanaya çatdırılıb. Tibbi yardım göstərildikdən sonra körpə ixtisaslaşdırılmış xəstəxanaya yerləşdirilib.

Uşağın yaxınları həkimlərin səhlənkarlığından hiddətlənib. Rayon xəstəxanasının doğum şöbəsinin iki əməkdaşı işdən uzaqlaşdırılıb, araşdırmalara başlanılıb.

Mənbə: Lenta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir