MARAQLI

Hamilələr üçün ən qorxulu parazit insanları gözəl göstərirmiş – FOTO

Sharing is caring!

Toksoplazma öz daşıyıcılarını başqaları üçün daha cəlbedici edir.

Bu barədə Finlandiyanın Turku Universitetinin mütəxəssisləri araşdırma aparıblar.

Əvvəlki tədqiqatlar göstərmişdi ki, toksoplazmaya yoluxmuş erkək siçovullar dişilər üçün daha cəlbedici görünür və tədqiqatçılar bu təsirin insanlarda nə dərəcədə işləyəcəyini görmək istəyiblər.

Alimlər “T. gondii” ilə yoluxmuş 35 könüllü və 178 sağlam könüllü üzərində sınaqlar aparıblar. Birinci qrup mənsublarında “dalğalanan asimmetriya”nın (üz cizgilərinin simmetriyadan yayınmasının göstəricisi) daha aşağı olduğu ortaya çıxıb. Qeyd edək ki, simmetriya ümumiyyətlə daha yaxşı fiziki sağlamlıq, yaxşı genlər və vizual cəlbediciliklə əlaqələndirilir.

Bundan əlavə, toksoplazması olan qadınlar daha gözəl bədən quruluşuna sahib olublar, özlərini daha cazibədar hesab ediblər və cinsi partnyorları daha çox olub.

Tədqiqatçılar həmçinin 205 könüllüdən tədqiqat iştirakçılarının fotoşəkillərini qiymətləndirməyi xahiş ediblər. Könüllülər belə qənaətə gəliblər ki, toksoplazma daşıyıcıları daha sağlam və cəlbedici görünürlər.

Qeyd edək ki, “Toxoplasma gondii” paraziti adətən heyvanlarda (xüsusən pişiklərdə) çoxalır və kontakt zamanı insanlara keçir. O, şizofreniya da daxil olmaqla, geniş spektrli nevroloji və psixiatrik xəstəliklərlə əlaqələndirilir. Ancaq xüsusilə qadınlar üçün təhlükəli ola bilər; gələcək analarda hamiləlik dövründə problemlərlə nəticələnə, yaxud körpələrin səhhətində ciddi fəsadlara səbəb ola bilər.

Mənbə: Gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir