MARAQLI

Dünyada bir ilk: Aydan gətirilən torpaqda bitki yetişdirdilər – FOTO

Sharing is caring!

Amerikalı alimlər ilk dəfə Aydan gətirilən torpaqda bitki yetişdirməyə nail olublar.

Beləliklə, tarixdə ilk dəfə dünyaya aid olmayan torpaqda toxum cücərib.

Sözügedən təcrübədə Ayın müxtəlif nöqtələrindən toplanmış 12 qram torpaqdan istifadə edilib.

Müqayisə edə bilmək üçün eyni toxumu eyni şəraitdə Yerdən götürülmüş torpaqda da cücərdiblər.

Bu prosesdə Ay torpağında tumurcuqların və köklərin daha yavaş böyüdüyü müşahidə olunub.

20 gündən sonra bütün bitkilər yığılıb və onların DNT-si təhlil edilib.

Ay torpağında əkinçilik NASA-nın Ayda məskunlaşma layihəsində mühüm bir addım olaraq nəzərdən keçirilir.

Mənbə: CNBC TV18

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.