MARAQLI

Keşiş nikahı yarımçıq qoyub oğrunun ardınca qaçdı və onu maşını ilə vurdu – FOTO/VİDEO

Sharing is caring!

Braziliyanın cənub-şərqindəki San-Paulu əyalətində qəribə hadisə baş verib.

Belə ki, keşiş nikah mərasimini yarımçıq qoyaraq oğrunun dalınca qaçıb və maşını ilə onu vurub.

Məlumata görə, hazırda 37 yaşlı keşiş Qustavo Trindade barəsində cinayət işi açılıb, o, “San Sebastyan” kilsəsindən geyim oğurladığı iddia edilən 40 yaşlı oğru Ancelo dos Santosun üstünə maşın sürməkdə ittiham olunur.

Kilsədə nikah mərasiminin davamını gözləyən Tatyana de Fatima və Aleks Aparesidon baş verənlərdən heyrətlərini gizlədə bilməyiblər.

“Bundan əvvəl mən keşişi tanımırdım, amma mərasimdən əvvəl və mərasim zamanı çox diqqətli idi, gülür, bizimlə zarafatlaşırdı. Mən həyəcanlı idim, o isə mənə sakit olmağımı, nəfəs almalı olduğumu, hər şeyin düzələcəyini deyirdi. Çox sakit idi”, – deyə Fatimə hadisədən əvvəl keşişin əhvalı barədə danışıb.

Onun sözlərinə görə, keşiş görünməyəndə dəvət olunan 100 qonağın çoxu mərasimi tərk edib, o isə keşişin qəza məsələsini xəbərsiz halda kilsədə şəkil çəkdirmək üçün gözləyib.

“İstəsəm də, istəməsəm də, bu, mənim toy hekayəmdən bir hissə oldu”, – deyə Fatimə gülərək bildirib.

Mənbə: Daily Mail

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir