MARAQLI

Türkiyədə meşədən “Allah” deyə qışqırıq səsi gəldi: Yaxınlaşanda hamı ağlamağa başladı – VİDEO

Türkiyənin Dənizli bölgəsindəki meşəlik ərazidə itkin düşən 78 yaşlı qadın 100 saat sonra sağ tapılıb.

Metbuat.az xəbər verir ki, göbələk yığmağa gedən yaşlı qadın meşədə itkin düşüb.

Axtarışlara baxmayaraq onu tapmaq mümkün olmayıb.4 gündən çox müddət keçdiyinə görə, hamı qadının öldüyünü güman edib. Lakin hadisə barədə çəkiliş aparmaq üçün meşəyə gedən jurnalistlər təsadüfən qadının yerdə uzandığını görüblər. Qadının öldüyünü güman edən jurnalistlər ona yaxınlaşanda, yaşlı şəxs “Allah” deyə qışqıraraq, qalxıb. Qadının yaşadığını görən jurnalistlər duyğusal anlar yaşayıb.

Ona ilk tibbi yardım göstərilib Məlum olub ki, yaşlı qadın ot yeyərək həyatda qalıb.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir