MARAQLI

Öpülə biləcək əsas nöqtələr-18+

Sharing is caring!

“İntim norma” dedikdə biz nəyi nəzərdə tuturuq? Müxtəsər danışsaq, bu, qadınla kişi arasında, onların davranış və hərəkətlərini müəyyən qaydalar əsasında tənzimləyən cinsi münasibətlərdir.
Bu tərifi həqiqət kimi qəbul edib tarixi keçmişə, eləcə də müasir xalqların gündəlik həyat və məişətinə nəzər salsaq, görərik ki, intim, yəni cinsi normalar xeyli sərbəst şərh və təfsir edilən anlayışdır. Məsələn, xristian dininə tapınan Avropa ölkələrində rəsmi surətdə yalnız bir qadınla, yeri nikaha girdiyin şəxslə, qeyri rəsmi surətdə isə istənilən qadınla cinsi münasibətdə olmaq olar; bu ölkələrdə qanuniləşdirilmiş mülki izdivacla yanaşı qanuniləşdirilmiş fahişəlik də mövcuddur.

Öpüşlər

Öpüş haqqında qədim təlimatlara görə, öpüşün emosional diapazonu çox genişdir- adi nəvazişdən tutmuş, erotikanın, ehtirasın ən ali zirvəsinə qədər. Çin və Hindistanın qədim məhəbbət mətnlərindən dərin erotik öpüşün əhəmiyyəti xüsusi qeyd edilir və o, cinsi əlaqənin özündən sonra ikinci yerə qoyulur.
Bəzi adamlar öpüşmə zamanı öz partnyorlarının emosional vəziyyətini çox dəqiq fərqləndirə bilirlər. Məlumdur ki, cinsi oyanına zamanı qadın öpüşünün dadı dəyişir, xüsusi tam verir. Bu, tüpürcəyin fizioloji-kimyəvi tərkibinin dəyişilməsi ilə izah edilir. Və öpüşmə zamanı seksual oyanmanın bu dadı kişiyə sarsıdıcı təsir göstərir.
Qədim mətnlərdə bədənin öpülə biləcək 8 əsas «nöqtəsi göstərilir: qulaq, boyun, qoltuq, dodaq, bııd, qarın, yançaqlar, döş. Kişilər yalnız öpülməyə icazə verilən və qadağaqoyulan yerləri əvvəlcədən müəyyən etdikdən sonra qadının öz razılığı, yaxud onun reaksiyası əsasında) „işə başlaya bilər”.

Düzgün nizamlanmış seks 

Cinsi aktdan sonrakı davranış böyük əhəmiyyətə ma lik olsa da, kişilərin əksəriyyəti bu məqama əsla məhəl qoymurlar. Hətta sevən ərlər də cinsi aktdan dərhal sonra arxalarını arvadlarına çevirib yatmağı üstün tuturlar. Kişi rahatlanıb uyuduğu bir vaxtda qadın seksual ehtirasın onu necə tədricən tərk etdiyini həyəcanla hiss edir. Bu cür davranışın nəticəsində kişi özünü çox maraqlı psixoloji və emosional həyəcanlardan məhrum edir. Bundan pisi odur ki, kişi sevən qadının illüziyalarını alt-üst edir və bununla da qadının həssas naturasında, onun məhəbbətinin zərifliyindən, onun əlavə nəvazişlərə ehtiyacından büsbütün xəbərsiz, yaxud bunlara tamamilə biganə olduğunu nümayiş etdirir. Axı qadınlar çox sevirlər ki, cinsi yaxınlıq başa çatdıqdan sonra onu nəvazişlə öpsünlər, oxşasınlar, qulağına xoş sözlər pıçıldasınlar.
Cinsi əlaqələrin norması, yəni sayı və tezliyi haqqında məsələ hər bir halda fərdi həll olunur. Tərəf-müqabillər cavan olduqca cinsi əlaqələr bir o qədər intensiv baş verir. Bəzi sevgililər üçün hər gün cinsi əlaqəyə girmək zərurət halını alır. Bəziləri isə həftədə bir-iki əlaqə ilə kifayətlənirlər. Görünür orta norma həftədə iki-üç əlaqə sayılmalıdır. 

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir