MARAQLI

Bu gün ilin ilk Ay tutulması hadisəsi baş verəcək

Sharing is caring!

Bu gün 2021-ci ilin ilk Ay tutulması hadisəsi baş verəcək. 

XəbərAl.az xəbər verir ki, tam Ay tutulması Bakı vaxtı ilə saat 13:44:57-də başlayacaq və 16:52:23-də sona çatacaq. 

Tutulmanın maksimumu saat 15:18:42-də olacaq və 3 saat 8 dəqiqə davam edəcək. Tutulma hadisəsi Şərqi Asiya, Avstraliya, Amerika, Sakit okeanda müşahidə olunacaq.

 Tutulma zamanı Ay üfüqdən aşağıda olduğuna görə təbiət hadisəsi Azərbaycanda müşahidə olunmayacaq. 

Qeyd edək ki, bu il 2 Ay tutulması hadisəsi olacaq. İkinci tutulma isə noyabrın 19-da qeydə alınacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir