MARAQLI

“Alibaba” 2,79 milyard dollar cərimələndi

Sharing is caring!

Çinin ən böyük elektron ticarət şirkəti olan “Alibaba Group” 18,22 milyard yuan (təxminən 2,79 milyard dollar) cərimələnib.

“XəbərAl.az” xəbər verir ki, cərimə Çinin Bazar Tənzimlənməsi üzrə Dövlət Administrasiyası tərəfindən tətbiq edilib və şirkətdən bütün inhisar təcrübəsini dayandırmağı tələb edib.

Administrasiya ötən ilin dekabrında Çinin antiinhisar qanununa uyğun olaraq təhqiqat aparıb və toplanmış dəlillər əsasında şirkətin pərakəndə elektron ticarət bazarında inhisarçılığa yol verdiyi təsdiqlənib. 

Təhqiqat zamanı “Alibaba”nın məxsusi işgüzar sövdələşmələri üzrə hərəkətlərinin Çinin elektron ticarət bazarında rəqabətə, xidmətlərin və resursların sərbəst axınına mane olduğu, həmçinin platformada satıcıların və istehlakçıların qanuni hüquq və maraqlarını pozduğu təsdiqlənib.

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir