Əgər talassemiya xəstəsi olan uşağın sağlam bacı və ya qardaşı yoxdursa, bu ailələr ən real çarə olaraq sağlam övlada hamilə qalmalıdırlar. Bu sağlam övlad müəyyən yaşına çatdıqda öz xəstə bacı və ya qardaşının “qəhrəmanı” olub ona da həyat verməsi üçün gərəklidir.
Talassemiya xəstəsi olan övladın ata və anası klinik sağlam olsalar da, genetik olaraq hər ikisi bu xəstəliyin daşıyıcılarıdırlar.
Bu səbəbdən yeni doğulacaq körpənin də 25 % halda talassemiya xəstəsi olaraq doğulma ehtimalı olur. Bu ehtimaldan qaçmaq üçün ən real üsul süni mayalanma ilə əvvəlcədən genetikası incələnmiş, həm sağlam uşaq, həm də xəstə bacısına və ya qardaşına genetik uyğun olan sağlam və ya daşıyıcı uşaq ana bətninə qoyulur və hamiləlik baş tutarsa, doğulan körpə müəyyən yaşa çatandan sonra “xilaskarlıq” edib bacı və ya qardaşına “ikinci həyat” verir. Bu prosesdə “xilaskar körpə” heç bir zədə almır.
Mama-Ginekoloq Xuraman Əlibəyli
Medi Lux Clinic
Tel +994_055_336_40_83