MARAQLI

Seks zamanı bu hissələrə toxunmayın!- 18+

Sharing is caring!

Araşdırmalar göstərir ki, qadınların 90 faizi orqazm olmaqda çətinlik çəkir. Bunun ən böyük səbəbi kişilərin qadınların yataqda nə istədiklərini bilməmələridir. Əslində hər bir qadının yataqda partnyorundan gözlədikləri fərqli ola bilər. Ancaq bütün qadınların xoşuna gəlməyən bəzi davranışlar var ki, onlardan uzaq dursanız, arzuladığınız hər bir qadını xoşbəxt edə bilərsiniz. Partnyorunuzu zövq dalğalarında boğmaq istəyirsinizsə, seks zamanı bəzi məqamları nəzərə almalısınız. Tabloid.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qadın bədəninin bəzi bölgələri çox həssasdır. Həmin bölgələrə toxunduqda qadının ehtirası sönə bilər, bu da onun cinsi həyatdan soyumasına gətirib çıxarar. Yataq otağınızın şənlənməsini və həyat yoldaşınızın sizə pərəstiş etməsini istəyirsinizsə, bu məsləhətlərə əməl edin!

Cinsi əlaqə zamanı bu 4 bölgədən uzaq durun

1.Uşaqlıq yolu

Cinsi əlaqə zamanı partnyorunuza həzz verəcəyini düşünürək sərt və qəfil hərəkətlər edirsinizsə, tezliklə bu vərdişinizi tərgitməlisiniz. Çünki araşdırmalar qadınların sərt hərəkətlərdən narahat olduqlarını və belə seks zamanı çox vaxt orqazm ola bilmədiklərini göstərir.

2. Klitor

Qadın bədənindəki ən həssas bölgə buradır. Bu bölgədə sinir hüceyrələrinin sayı çoxdur. Qadının orqazm olması üçün klitora toxunmaq ona həzz verir. Ancaq seks bitdikdən sonra bu bölgəyə toxunmağa çalışmayın. Bu qadınları ən çox əsəbiləşdirən davranışdır

3. Ayaqlar

Qəribə olsa da, qadınlar cinsi əlaqə zamanı ayaqlarına toxunulmasından zövq almırlar. Əgər siz tez-tez ayaqlara toxunur, öpürsünüzsə, bilin ki, bu hərəkətləriniz partnyorunuzu bezdirir.

Ayaqlardan söz düşmüşkən onu da qeyd edək ki, bəzi psixoloqlar corablarını çıxarmadan sevişən cütlüklərin seksdən daha çox həzz aldıqlarını iddia edirlər.

4.Anal əlaqəni xatırladan bölgələr

Əgər partnyorunuz anal seksi xoşlamırsa, ona bu tip əlaqəni xatırladan bölgələrə toxunmamağa çalışın. Əks təqdirdə onun fikri yayınacaq və orqazm olmaqda çətinlik çəkəcək.

Unutmayın ki, seks həm qadının, həm də kişinin birlikdə bəstələdikləri musiqi kimidir. Bu zaman iki tərəfin də eyni dərəcədə istəkli olması və həzz verməyi bacarması önəmlidir. Seksi unudulmaz edən isə iki nəfəri yataqda birləşdirən duyğunun ehtirasdan deyil, sevgidən yaranmasıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir