MARAQLI

Dünyanın 1 nömrəli kitabxanası: rəflərinin uzunluğu 1000 km, işçisinin sayı – 3600, illik ziyarətçisi – 2 milyon

Sharing is caring!

24 aprel dünyanın ən zəngin kitabxanalarından birinin, bəzi mənbələrə görə isə birincisinin, ABŞ Konqres Kitabxanasının yarandığı gündür.Əsası 1800-cü ildə ABŞ prezidenti Con Adams tərəfindən qoyulan kitabxana 219 ildir ki, fəaliyyət göstərir.

XəbərAl.az Musavat.com-a istinadən  kitabxanın tarixi və fəaliyyəti ilə bağlı ən maraqlı 25 faktı təqdim edir:

1. ABŞ Konqres Kitabxanasının təsis olunması haqqında sənəd paytaxtın Filadelfiyadan Vaşinqtona köçürülməsinə dair qanunda əks olunub.

2. İlkin vəsait kimi prezident Con Adams kitabxananın təşkili üçün 5 min dollar vəsait ayırıb. Həmin dövr üçün bu böyük məbləğ sayılıb.

 

 

3. Kitabxana 740 kitab, 3 coğrafi xəritə ilə fəaliyyətə başlayıb.

4. İlk olaraq kitabxanadan yalnız prezident, vitse-prezident və konqres üzvləri istifadə etmək hüququna malik olublar.

5. 1814-cü ildə kitabxana ABŞ-Britaniya müharibəsi zamanı dağılıb. İngilislər kitabxananın yerləşdiyi Kapitoli binasını yandırıblar.

 

 

6. 1851-ci ildə kitabxana ikinci dəfə yanğına məruz qalıb. Yanğın nəticəsində kitabxana fondunun təxminən üçdə iki hissəsi məhv olub. Yalnız bir ildən sonra dövlət büdcəsindən ayrılmış 168 min dollar vəsaitin hesabına kitabxana bərpa edilib.

7. 1930-cu ildə Konqres kitabxanası “milli” statusunu alıb.

8. 1931-ci ildən kitabxanada görmə qabiliyyətində problem olanlar üçün xüsusi bölmələr fəaliyyət göstərir.

9. Kitabxana üç binadan ibarətdir, binalararası yeraltı keçid qalereyalar mövcuddur.

 

 

10. Hazırda kitabxanada 3600 nəfər işləyir.

11. Hər il kitabxananın işıqlandırma sisteminin yenilənməsi və normada saxlanılması üçün 100 min dollar sərf olunur.

12. Bazar günlərindən başqa hər gün kitabxanaya 45 dəqiqəlik pulsuz ekskursiya təşkil olunur.

13. Hər il kitabxananın fondu təxminən 2-3 milyon kitab nüsxəsi ilə zənginləşir.

 

14. 18 oxu zalı olan Konqeres kitabxanasında eyni vaxtda 1500 nəfər kitabxananın xidmətlərindən istifadə edə bilir.

15. Kitabxanada olan ümumi kitab rəflərinin uzunluğu 1000 kilometrdən çoxdur.

16. Kitabxanada saxlanılan hər nüsxə ilə cəmisi 1-2 dəqiqə tanış olmaq üçün insana 173 il ömür lazımdır.

17. Hazırda Konqres Kitabxanasında 470 dildə 30 milyondan artıq kitab istifadəçilərin ixtiyarındadır.

18. Kitabxanada dünyanın müxtəli ölkələrinin milyondan artıq mətbu orqanları var.

19. Əlyazmalar baxımından da kitabxana zəngindir. Belə ki, kitabxanada 6 milyondan artıq əlyazma saxlanılır.

20. Kitabxanada 5 milyona qədər bütün dövrləri əks etdirən xəritələr var.

21. Şəkil fonduna görə Konqres kitabxanası 12 milyon rəqəmi ilə bütün rekordları üstələyir.

22. İl ərzində kitabxanadan istifadə edənlərin sayı 2 milyonu keçir.

23. Kitabxanadan 16 yaşına çatmış bütün şəxslər, o cümlədən ABŞ-a ezam olunan və turist kimi səfər edən xarici vətəndaşlar da istifadə edə bilər.

24. Konqres kitabxanasının məxfi və xüsusi qorunan fondları da fəaliyyət göstərir. Bu fondlardan istifadə xüsusi razılıq lisenziyaları ilə həyata keçirilir.

25. Konqres kitabxanasının ən ciddi qorunan kitab nüsxəsi 1776-cı ildə birinci dəfə çap olunan “ABŞ istiqlal bəyannaməsi”dir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir