MARAQLI

Alimlər Antarktika buz şelfinin altında qeyri-adi canlılar aşkar etdilər – FOTO/VİDEO

Sharing is caring!

Böyük Britaniyadan olan elm adamları Antarktikada buz şelfinin altında dəniz dibində süngərə bənzəyən naməlum canlılar aşkar ediblər.

“İzvestiya”nın məlumatına görə, bu barədə “Frontiers in Marine Science” xəbər yayıb.

Canlılar Filxner Buz Şelfində kəşfiyyat qazma işləri zamanı tapılıb.

Son tapıntıya qədər Antarktika sahillərində bentik həyat formalarının olmadığına inanılırdı.

Alimlər üzən buzlaqların altında tam qaranlıqda yaşayan balıq, qurd, meduza kimi canlılar tapa biləcəklərini düşünürlər.

“Bu müşahidələr, hansı orqanizm növlərinin gün işığından kənarda sağ qala biləcəyinə dair anlayışımıza meydan oxuyur”, – deyə məqalədə qeyd olunur.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir