MARAQLI

Beynəlxalq Kosmik Stansiya “elf”lərin Yer atmosferindən çıxmasını çəkib – VİDEO

Sharing is caring!

Beynəlxalq Kosmik Stansiyanın kameraları “elf” və “mavi cet”ləri çəkə bilib.

Yer atmosferinin üst təbəqələrində baş verən bənzərsiz təbiət hadisələri barədə “Zvezda” xəbər verib.

“Mavi cet ” fırtına buludlarından yuxarıya doğru atılan boru-konus şəklində göy rəngə çalan ildırımdır. Uzunluğu 40-70 kilometrə qədər olur.

“Elf”lər isə buludların səthində nəhəng konus formalı işıq saçan ildırımdır. Onların diametri təxminən dörd yüz kilometrdir. Bəzi alimlərin fikrincə, belə ildırım atmosferdəki istixana qazlarının miqdarına təsir edə bilər.

Qeyd edək ki, bu hadisələri Yer səthindən müşahidə etmək mümkün deyil.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir