MARAQLI

Səmada görünən alov topu hər kəsi qorxutdu – VİDEO

Sharing is caring!

ABŞ-ın Virciniya ştatının sakinləri səmada alovlu bir obyekt görüblər. Şübhəli obyekt uzun müddət göydə yanıb.

Bu barədə REN TV xəbər yayıb.

Sosial şəbəkələrdə yerli sakinlər tərəfindən çəkilən kadrlar böyük müzakirələrə səbəb olub.

Bəziləri bunun uçan naməlum obyekt və ya yanan bir təyyarə ola biləcəyi fikrini irəli sürüblər. İkinci versiyanın təsdiqi tapılmayıb.

Bundan əlavə, Yer atmosferinə düşən bir meteorit fikrini də paylaşanlar olub, lakin bu vəziyyətdə yüksək bir ehtimalla partlayış səsi eşidilərdi.

Yanan obyektin nə olduğu hələ də məlum olmayıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir