MARAQLI

Tarixdə ilk: Azərbaycanda yaradılan kompüter oyunu oyun cihazlarında olacaq

Sharing is caring!

25 dekabr 2020-ci il tarixində “AzDimension” studiyası tərəfindən yaradılan “Son DeadEnd” (“Sonuncu dalan”, “The Last Dead End”) kompüter oyunu eyni vaxtda bütün müasir oyun konsollarında istifadəyə verilir.  

Oyun “Playstation 4”, “Playstation 5”, “Xbox One”, “Xbox Series S / X” və “Nintendo Switch”də həm müasir, həm də əvvəlki nəsillərin konsollarında çıxacaq!

XəbərAl.az xəbər verir ki, bu, Azərbaycanda kompüter oyunu sənayesi üçün tarixi bir hadisə hesab olunur.

Əhəmiyyət baxımından bunu Azərbaycan kinosunun “Netflix”, “HBO” və ya “Amazon” kimi film platformalarının birində çıxması ilə müqayisə etmək olar.

Studiyanın direktoru Fərid Axverdiyev bildirib ki, bu hadisə uzun və zəhmətli bir prosesin nəticəsidir.

Oyunun istifadəyə verilməsi sübut etdi ki, Azərbaycanda oyun sənayesi inkişaf edir və gələcəkdə ölkəmiz kompüter oyunlarının inkişafı sahəsində daha yüksək nəticələr əldə edə bilər.

F. Axverdiyevin sözlərinə görə, oyunun süjeti qədim zərdüştlərin vətəni hesab olunan odlar yurdu Azərbaycandan bəhs edir. Oyunun ssenarisi Azərbaycan nağılları, türk dastanları və zərdüştlük mifləri üzərində qurulub.

Oyunda hadisələr Bakının əsas tarixi hissələri – İçərişəhərdə, Şirvanşahlar Sarayında, Qız Qalası, Karvansarada və hətta Xəzər dənizinin suları altında qalmış Səbail qalasında baş verir.

Oyunda İçərişəhərin əsas tarixi yerlərindən bəhs olunur, Bakı və Azərbaycan haqqında qısa tarixi məlumatlar verilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir