Dünya MARAQLI

Bakıdan gedən qatarı bəy-gəlin qarşıladı – Fotolar

Sharing is caring!

Bakı-Ankara marşrutu üzrə sərnişin daşıyan qatarın Qarsda qarşılanması zamanı maraqlı hadisə yaşanıb.

XəbərAl.az  “Hurriyet”ə istinadən verdiyi xəbərə görə, qatarın yolunu gözləyənlər arasında yeni evlənən bəylə gəlin də olub. Tarix gündən xatirə saxlamaq istəyən Qasım-Gülsüm Sait cütlüyü şəkil çəkdirmək üçün dəmiryol stansiyasına gəliblər. Onlar Bakını görmək, gəzmək xəyalları qurduqlarını, ilk fürsətdə Bakıya gələcəklərini deyiblər.

Qeyd edək ki, Azərbaycanın sifarişi ilə İsveçrədə istehsal edilən xüsusi sərnişin qatarı Azərbaycan, Gürcüstan və Türkiyə arasında dayanmadan hərəkət edəcək. Gecə səfərlərini yerinə yetirəcək qatarda 9 yataqlı vaqon və bir yemək vaqonu var.

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir