MARAQLI

Haqqında film çəkilən amansız qatil əməllərini 30 il sonra etiraf etdi – FOTO

Sharing is caring!

Cənubi Koreya sakini 14 qız və qadını qətlə yetirdiyini məhkəmədə etiraf edib. Eyni zamanda, əvvəllər ondan şübhə duyulmamasına təəccübləndiyini bildirib.

Bu barədə CNN xəbər verir.

Məhkəmədə çıxışı zamanı o həmin cinayətlərə görə tutulan Yon adlı kişidən üzr istəyib.

“Əsl cinayətkar mənəm. Mənim cinayətlərimə görə, səhvən tutulan cənab Yondan da üzr istəyirəm… Ancaq niyə məndən şübhələnmədiklərini hələ də anlamıram. Cinayətlər zamanı nəyi isə gizlətmək üçün heç nə etmirdim, ona görə də asanlıqla tutulacağımı düşünürdüm. Orada yüzlərlə polis var idi. Hər zaman detektivlərlə qarşılaşırdım, amma onlar həmişə məndən başqaları haqqında soruşurdular”, – deyə o qeyd edib.

Çun Çjen dindirmələrin birində qurbanlardan birinin qol saatını taxdığını dedi. Onun sözlərinə görə, polisin şübhəsini bu yox, kişinin yanında şəxsiyyət vəsiqəsinin olmaması çəkdiyi üçün, qısa müddət sonra sərbəst buraxılıb.

Qeyd edək ki, cinayətlər təqribən 30 il əvvəl törədilib.

1994-cü ildə Li Çun Çjen qardaşı arvadının təcavüzünə və qətlinə görə ömürlük həbs cəzasına məhkum edilib. Ancaq bu qətli də bir sıra digər qətllər kimi sübut olunmayıb.

2019-cu ilin sentyabr ayında qurbanlardan birinin alt paltarında kişinin DNT-si tapılıb. Həmin vaxt o, 1986-1991-ci illər arasında Hvasonda törədilən daha üç cinayətdə şübhəli kimi həbs olunub.

Ancaq hazırda polis koreyalını cinayət məsuliyyətinə cəlb edə bilmir, çünki bu qətllərin məhkəmə müddəti artıq bitib.

Qeyd edək ki, Çun Çjenin Xvasonda törətdiyi cinayətəri barədə məşhur rejissor Pon Çjun Xonun rejissorluğu ilə “Memories of Murder” (Qətllər barədə xatirələr) filmi çəkilib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.