MARAQLI

Niderlandda relsdən çıxan metro qatarı heykəl sayəsində suya düşməkdən xilas oldu – VİDEO

Sharing is caring!

Niderlandda relsdən çıxan metro qatarı heykəl sayəsində suya düşməkdən xilas olub.

Bu barədə “Sputnik” xəbər yayıb.

Bildirilir ki, hadisə Rotterdamın Speykeniss şəhərində “De Akkers” terminal stansiyasında baş verib: maşinist idarəetməni itirib, nəticədə qatar stansiyanın hasarını aşaraq, onun ərazisindən çıxıb.

Ancaq balina quyruğu şəklində heykələ ilişən qatar kanaldan on metr məsafədə havada qalıb.

Qatarda sərnişin olmayıb. Sürücünün özü fövqəladə hadisə nəticəsində xəsarət almayıb.

O da vurğulanır ki, heykəltəraş Martin Streysin “Balina Quyruğu” əsəri 2002-ci ildə hazırlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir