MARAQLI

İtaliyada maraqlı təşviqat: Kəndə köçənlərə illik 8000 avro ödəniləcək – FOTO/VİDEO

Sharing is caring!

İtaliyada əhalisinin əksəriyyəti yaşlı sakinlərdən ibarət olan, böyük hissəsi boşalmış Santo Stefano – Di Sessanio kəndini xilas etmək üçün yerli hökumət orqanları maraqlı bir addıma imza atıblar.

Belə ki, şəhər bələdiyyəsi yeni sakinlərə ilk üç il ərzində ildə 8000 avro (15 867 AZN) pul verəcək.

Bu barədə CNN Travel xəbər verir.

Administrasiya həmçinin yeni sakinlərin burada öz işlərini qurmalarına kömək etmək üçün ildə bir dəfə 20.000 avroya (39 668 AZN) qədər birdəfəlik ödəniş edəcək.

Bundan əlavə, onlar simvolik məbləğə kirayə mənzillə təmin olunacaqlar.

Vakansiya üçün yalnız İtaliyada yaşayan və ya orada tezliklə vətəndaşlıq əldə edə bilən 40 yaşa qədər insanlar müraciət edə bilərlər. Proqramın şərtlərinə görə, yeni sakinlər ən azı beş ilini Santo Stefano – Di Sessanio-da keçirməlidirlər.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir