MARAQLI

Peyğəmbər(Ə.S.) Məscidinin Günbəzindəki Mübhəm Qapının Sirri Açıldı…-FOTOLAR

Sharing is caring!

Mədinədəki Peyğəmbər(ə.s.) məscidinin yaşıl günbəzindəki qapıya bənzər qeyri-adi çıxıntıya hər kəs diqqət etməyib. Və daha az adam onun orada necə peyda olduğunu bilir.

Moderator.az xəbər verir ki, xarici İslam saytlarından birindəki məlumata görə, bəhs edilən günbəz qapısının arxasında Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) ilə əlaqəli  çox möcüzələrdən birinin hekayəsi gizlənir.

Rəvayətə görə, Həzrət Məhəmməd (s.ə.s.) bu dünyanı tərk etdikdən sonra Mədinədə dəhşətli bir quraqlıq və aclıq yaşandı. Ümidsiz vəziyyətdə olan şəhər sakinləri kömək və məsləhət  üçün  Peyğəmbərimizin(s.ə.s.) xanımı Aişənin yanına gəldilər. Aişə  onlara məscidin damında- Peyğəmbər(s.ə.s.) dəfn olunduğu yerin düz üstündə  bir deşik açmalarını söylədi ki, məzarla səma arasında heç bir maneə qalmasın. Və guya bunu edən kimi Mədinəyə güclü yağışlar yağdı və şəhər xilas oldu. Həmin il əvvəllər Mədinədə bu qədər bol məhsul yetişmədiyi,  dəvələr və digər heyvanlar bu dərəcədə sağlam olmadığı üçün “firavanlıq ili” adlandırıldı. Daha sonra – Osmanlı hakimiyyəti dövründə bu hadisəni xatırlatmaq üçün məscidin günbəzinə qapıya bənzər bir lövhə vuruldu…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir