Bunları öyrənərək həm özünüz üçün həzz zirvələrini fəth edə, həm də yataqda partnyorunuza unudulmaz dəqiqələr yaşada bilərsiniz. Seksdən daha çox həzz almağın üsulları Asiyada qədim zamanlardan bəri bilinir. Asiyalılar minlərlə ildir ki, daha uzun müddət davam edən və güclü orqazm üçün “Tantrik seks” adlı üsuldan istifadə edirlər. Bu seks üsulu kişilərin orqazmını gecikdirir, qadınların isə daha rahat orqazm ola bilmələrinə şərait yaradır. “Tantrik seks”in qaydalarından birincisi bədəndəki 4 əsas əzələ qrupunu fəaliyyətə keçirib, gücləndirməkdir. Bu əzələ qruplarından ən önəmlisi PC əzələləridir. Bu əzələlər bel sümüyündən başlayaraq vaginal bölgəni və ombanın bir hissəsini əhatə edir. PC əzələlərinin güclü olması orqazm zamanı alacağınız həzzi artırır. Bu əzələ qrupunu gücləndirmək üçün sadə üsullar mövcuddur. Arxası üstə uzanıb dizləri biraz özünüzə doğru çəkin. Əzələləri 3 dəfə sıxın və daha sonra rahat pozaya keçin. Bu hərəkəti gündə iki dəfə təkrarlayın. Ereksiya halında PC əzələlərini sıxmaq alacağınız zövqü artırır. Qadınlar da bu əzələlərini sıxaraq seks zamanı daha çox zövq ala bilərlər. Bəzi qadınlar cinsi əlaqə zamanı orqazm ola bilmirlər. Bunun bir çox psixoloji səbəbi var. Ancaq ən önəmli səbəblərdən biri düzgün nəfəs almamaqdır. Həm qadın, həm də kişi cinsi əlaqə zamanı doğru nəfəs alıb-verməyi öyrənməlidir. Bu seksdən alınan həzzi artırmağın ən yaxşı üsuludur. Cütlüklər seks zamanı bəzən o qədər həyəcanlanırlar ki, nəfəs alıb verməyi unudurlar. Ancaq bu zaman bədənin həzz almaq qabiliyyəti azalır. Cütlüklər bəzən də orqazm olmadan yorulurlar. Bu halla üzləşməmək üçün doğru nəfəs almaq texnikasına yiyələnmək çox önəmlidir. Bunun üçün diafraqmadan nəfəs almağa çalışmalısınız. Bunun üçün arxası üstə uzanıb əlinizi qarnınızın üstünə qoyun. Daha sonra ağzınızdan asta-asta nəfəs alıb-verin. Üç-dörd dəfədən sonra nəfəs alıb-vermə tempinizi sürətləndirin. Bu zaman qarının enib qalxdığından əmin olun. Bu hərəkəti gündə bir neçə dəfə təkrarlasanız, doğru nəfəs almaq sizdə vərdişə çevriləcək. Cinsi əlaqə zamanı isə orqazma yaxınlaşdığınızı hiss etdikdə diafraqma ilə nəfəs alın. Bu orqazmın daha uzun çəkməsinə və çox həzz almağınıza kömək edəcək. “Tantrik” seks üsulunun əsl hədəfi seksin müddətini mümkün qədər uzatmaq və maksimum həzz yaşatmaqdır. Bunun üçün əzələləri işlətmək və nəfəs alma texnikası ilə yanaşı seks pozalarını da mükəmməl bilmək lazımdır. Tez-tez poza dəyişmək orqazmı gecikdirir və həzzi artırır. Seksin müqəddəs kitabı hesab edilən “Kamasutra”da da poza dəyişməyin cinsi əlaqədən alınan həzzi artırdığı vurğulanıb. Yüzlərlə seks pozası var. “Kamasutra”ya görə, bu kişinin daha az yorulması üçün seks pozasını tez-tez dəyişməli olmasından qaynaqlanır. Hər pozada temp və alınan həzzin dərəcəsi fərqli olur. Ona görə də cinsi əlaqədən zövq almaq istəyənlər müxtəlif pozaları təcrübədən keçirməlidirlər. Mütəxəsislər isə seksdən daha çox həzz almağın sirrini başqa cür açıqlayırlar. Onların fikrinə görə, xüsusilə də qadınlar seksi məcbiriyyət kimi görməməlidirlər. Özünə güvənən insanlar yataqda daha çox zövq alır və partnyorlarına daha çox həzz verirlər. Bədənini bəyənməmək, çəkidən və ya başqa bir səbəbdən ötrü özündən utanmaq seks həyatına mənfi təsir edir. Orqazm və həzz hərəkətlərlə əlaqəli deyil, bu hissləri yaşamağımıza beyin səbəb olur. Əgər beyninizi seksdən həzz almağa hazırlamısınızsa, buna nail olacaqsınız. Yox, seksi sadəcə qarşı tərəfin tələbatlarını ödəməsi üçün icra edilən bir vəzifə kimi qəbul edirsinizsə, sizin cinsi əlaqədən zövq almağınız mümkün deyil. Alimlər dəri qoxusunun seksdən alınan həzzi artırmada böyük təsirə malik olduğunu bildirirlər. Belə ki, partnyorunun qoxusunu sevənlər seks həyatlarından daha çox məmnun olurlar. Ona görə də sadəcə yatağınızı yox, ürəyinizi də bölüşdürdüyünüz insanla zövq almağınız mümkündür. Bu xüsusilə də qadınlar üçün keçərlidir. Çünki kişilər hər cinsi əlaqə zamanı orqazm ola bilirlər. Qadınların isə orqazm olması daha qəliz məsələdir. Bunun üçün uyğun şərait, ehtiras və partnyor olmalıdır. Mütəxəssislərin fikirncə, cütlüklər seksi unudulmaz etmək üçün təcrübədən keçmiş bəzi üsullara əl ata bilərlər. Amma ən yaxşı variant hər cütlüyün özlərinə uyğun yeni üsullar inkişaf etmələridir. Bunun üçün partnyorlar bir-birləri ilə açıq danışa bilməli, yataqda nə gözlədiklərini və nə istədiklərini bölüşməyi bacarmalıdırlar.
Oxşar Xəbərlər
“Təbii çiyələk yetişmir, mümkün deyil” – Xəbərlərin 17:00 buraxılışı
Baku TV-nin efirində xəbər vaxtıdır. İrəvanda bayrağımız yandırılandan sonra geri çağırılan idmançılarımız Ermənistanı tərk etdilər. Onlar Azərbaycana nə vaxt çatacaqlar? Bayrağımızın yandırılması ilə bağlı cinayət işi açıldı. Baş Prokurorluq məlumat yaydı. “Təbii çiyələk yetişmir, mümkün deyil”. Satışda olan çiyələk hansı hallarda zəhərlənməyə səbəb ola bilər? Daha ətraflı BAKU NEWS-un 17:00 buraxılışında: Xeberal.az
İranda yoxsulluq pik həddə: Üç nəfərdən biri həyatı üçün minimum ehtiyacları təmin edə bilmir – FOTO
İranda yoxsulların 60%-i gənc və ali təhsilli insanlardır. “Azad İran” “Telegram” kanalının məlumatına görə, bu barədə iranlı iqtisadçı Davud Suri İran cəmiyyətində yoxsulluğun yayılmasının səbəbləri haqqında danışarkən bildirib. Onun sözlərinə görə, bu barədə aparılan sosial araşdırmadan sonra məlum olub: “Bu qədər insanın zəngin yaşamaq üçün bütün imkanlara malik olması, amma yoxsulluq içində yaşaması çox çətindir”, – […]
Masallıda pirotexniki vasitələr satan mağaza sahibləri ilə bağlı sənədlər məhkəməyə göndərilib – FOTO
Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər zamanı Masallı şəhəri ərazisində yerləşən iki mağazada pirotexniki vasitələrin satılması faktı aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, həmin mağazaların sahibləri G.Hacıyeva və C.Məmmədov barəsində İnzibati Xətalar Məcəlləsinin 442-ci (İstehsalı və ya satılması qadağan olunmuş malların istehsalı və ya satılması, yaxud qadağan olunmuş […]