MARAQLI

Britaniya monarxiyasında 130 illik ənənə pozuldu: Şahzadə Harri arvadı üçün məhkəmədə ifadə verdi

Sharing is caring!


Özü və həyat yoldaşı haqqında mənfi yazıların axınını dayandırmaq üçün “Daily Mirror” qəzetinin naşirinə qarşı iddia qaldıran Şahzadə Harri London Ali Məhkəməsində ifadə verib.

Sasseks hersoqu “Mirror Group Newspapers” (MGN) şirkətini qeyri-qanuni məlumatların toplanmasında, o cümlədən telefonunu dinləməsində ittiham edib.

Britaniyalı şahzadə özünə və Sasseks hersoginyasına (şəxsi həyata) qarşı mütləq müdaxiləyə və nifrətə son qoymaq istədiyini deyib. O, bunun üçün monarxiya institutunun yolundan istifadə etmək istəmədiyini və başqa bir üsul tapmağa üstünlük verdiyini vurğulayıb.

Sasseks hersoqu MGN-də dərc olunan məqalələrlə bağlı inanılmaz şübhəli məqamları qeyd edib və bu materialların hazırlanmasında telefon dinləmələrindən istifadə olunduğunu deyib.

Şahzadə Harri iddia edib ki, ümumiyyətlə, 1996-2010-cu illər arasında dərc edilmiş 140-a yaxın məqalədə qeyri-qanuni üsullarla toplanmış məlumatlar var.

MGN şahzadə və ailəsi haqqında material toplamaq üçün qeyri-qanuni üsullar barədə iddiaları təkzib edib.

Qeyd edək ki, Şahzadə Harri 130 ildən sonra Britaniya kral ailəsinin məhkəmədə ifadə verən ilk üzvüdür.

Mənbə: Gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir