manset MARAQLI

Milyarder koronavirusdan qorunmaq üçün bunkerlərə sığındı

Sharing is caring!

Yeni Zelandiyadakı bunkerində koronavirusdan xilas olmaq qərarına gələn milyarder mürəkkəb təhlükəsizlik sistemi səbəbindən onu aça bilməyib.

Xəbəral.az xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb. Çətin vəziyyətə düşən milyarder podratçı – Texas bunker şirkətinə zəng etməli olub.

“O, qapının kodunu yoxlamaq istəyib və isti su təchizatı ilə bağlı suallar verib, sığınacağa əlavə su və ya hava filtrləri götürməyin lazım olub-olmadığını soruşub. Bir çox varlı insan Yeni Zelandiyadakı apokalipsisdən gizlənmək istəyir”, – deyə şirkət direktoru Qari Linç bildirib.

Xatırladaq ki, keçmiş baş nazir Con Key tanışları arasında Yeni Zelandiyada bunker almaq istəyən zənginlərin olduğunu açıqlamışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir