MARAQLI

“The Crown”da gənc Keyt Middlton və Şahzadə Uilyamı canlandıran aktyorların ilk görüntüləri yayıldı – FOTO

Sharing is caring!


“The Crown” (“Tac”) serialının altıncı mövsümünün çəkilişlərindən ilk kadrlar yayılıb.

Kadrlarda gənc Keyt Middlton və Şahzadə Uilyam obrazını canlandıran aktyorlar əks olunub.

Britaniya telehitinin yeni mövsümü 2001-ci ildə Sent-Endryus Kollecində təhsil aldıqları zaman Keyt Middlton və Şahzadə Uilyam arasında yaranmış romantik münasibətlərə həsr olunacaq.

Yeni mövsümün çəkilişləri məktəbin yerləşdiyi Şotlandiyada aparılır. Çəkiliş meydançasından yayımlanan ilk kadrlarda kral ailəsinin gəncliyini təcəssüm etdirən aktyorları görünür.

Onların layihədəki rollarını isə aktyorlar Ed Makvey və Meq Bellami ifa edəcəklər. Hər iki sənətçi əvvəllər böyük kino layihələrində rol almayıblar və yalnız teatr rolları ilə tanınıblar.

Mənbə: “Variety”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir