MARAQLI

Təyyarədə təşviş: Stüardessalar sərnişinin sərxoşluğunu koronovirusla səhv saldılar – FOTO/VİDEO

Sharing is caring!

Sinqapurdan Londona uçan təyyarənin stüardessaları sərnişinin sərxoşluğunu koronovirusla səhv salaraq göyərtədə təşviş yaranmasına səbəb olublar.

Bu barədə “Daily Mail” xəbər yayıb.

Məlumata görə, uçuşdan bir gün əvvəl 26 yaşlı britaniyalı tələbə Culiya Valentin rəfiqəsi Dino ilə səhərə qədər əylənərək içki qəbul ediblər. Uçuş vaxtı qız özünü pis hiss edib və stüardessadan “Paracetamol” (qızdırma dərmanı) istəyib.

Bundan sonra aivaşirkətin əməkdaşları həyəcan keçirməyə başlayıb. Onlar Valentini maska geyinməyə məcbur edib, digər sərnişinlərdən kənar əyləşdirib və hər yarım saatdan bir temperaturunu ölçüblər.

Hitrou Beynəlxalq Aeroportunda enişdən sonra isə qızı müdafiə geyimində olan tibb işçiləri və yanğınsöndürənlər qarşılayıb. O, 14 gün müddətinə karantinə alınıb.