MARAQLI

Stallone həyatının rolunu oynamağa hazırlaşır – FOTO/VİDEO

Sharing is caring!

Amerikalı aktyor və kinorejissor Silvestr Stallone ailəsinə həsr olunmuş realiti-şouda iştirak edəcək.

Aktyorun özünün, həyat yoldaşı Cennifer Flavin Stallone və üç qızı Sofiya, Sistina, Skarletin iştirak edəcəyi “The Family Stallone” layihəsini Paramount+ kinostudiyası hazırlayacaq.

“Kinematoqrafiya tarixinin ən simvolik personajlarından bəzilərini canlandırdıqdan sonra üçqat “Oskar” mükafatına namizəd Silvester Stallone kameralara həyatının ən böyük rolu hesab etdiyi ata rolunu təqdim etməyə hazırdır”, – deyə press-relizdə bildirilir.

Realiti şou səkkiz seriyadan ibarət olacaq.

Layihənin premyerası bu ilin yazına planlaşdırılıb.

Mənbə: Variety

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir