MARAQLI

Yeni dünya rekordu: 31 yaşlı əkizlər dünyaya gəldi – FOTO

Sharing is caring!

ABŞ-nin Tennessi ştatında 30 il əvvəl dondurulmuş embrionlardan əkizlər dünyaya gəlib.

Bu, dondurulmuş embrionların öz doğumunu “gözlədiyi” ən uzun müddətdir.

Embrionlar 1992-ci il aprelin 22-dən maye azotda -128C temperaturda mühafizə olunub və həyat qabiliyyətini saxlayıblar.

Bundan sonra onların donu açılıb və gələcək ana Reyçel Ridcueyə köçürülüb, o isə bu il oktyabrın 31-də uğurla əkiz uşaq dünyaya gətirib. “Dəli olmaq olar”, – deyə xoşbəxt ata Filip Ridcuey öz sevincini ifadə edib.

Özəl qurum olan Milli Embrion Donor Mərkəzi 1200-dən çox embrion körpənin dünyaya gəlməsinə kömək etdiyini iddia edir. Mərkəzin məlumatına görə, Lidiya-Enn və Timoti-Ronald Ridcuey böyük ehtimalla yeni rekorda imza atacaqlar. Əvvəlki rekord Molli Gibsona (o da MEDM sayəsində dünyaya gəlib) aiddir. Molli 2020-ci ildə 27 il əvvəl dondurulmuş embriondan dünyaya gəlib.

Mənbə: BBC.news

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir